×
A
A
A
Sazlamalar

“Wi-Fi” üçün yeni diapazon istifadəyə verilib

Bakı, 24 aprel, AZƏRTAC

“Wi-Fi” üçün yeni tezlik diapazonu (6 QHs) istifadəyə verilib. ABŞ-ın Federal Rabitə Komissiyası bu barədə qərar qəbul edib.
AZƏRTAC “hightech.fm” saytına istinadən xəbər verir ki, artıq bir neçə ay sonra istifadəçilər daha sürətli simsiz internet və ev routerləri üçün daha çox boş kanal əldə edə biləcəklər.
Mütəxəssislər bildiriblər ki, “Wi-Fi” üçün yeni tezlik diapazonunun istifadəyə verilməsi bağlantıları daha etibarlı edəcək. Bu həm pandemiya şəraitində, həm də yeni nəsil qurğularında qurulmuş biznes həllərinin reallaşdırılması üçün vacibdir.
Qurğuların 2020-ci ilin sonunadək 6 QHs-lik yeni tezlik diapazonunu dəstəkləməyə başlayacağı gözlənilir. Yeni qurğularda xüsusi nişan – “Wi-Fi 6E” olacaq.

 

Texnologiya 2020-04-24 16:22:00