×
A
A
A
Sazlamalar

Toxuculuq sənayesində istehsal 10,5 faiz artıb

Bakı, 21 aprel, AZƏRTAC

Birinci rübdə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 124,1 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 10,5 faiz, geyim istehsalında 10 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 60,7 faiz azalma müşahidə olunub.

Sənaye 2020-04-21 10:20:00