×
A
A
A
Sazlamalar

Milli Məclisin növbəti plenar iclası aprelin 24-də keçiriləcək

İclasda ombudsmanın illik məruzəsi də dinləniləcək


Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası aprelin 24-də keçiriləcək.
Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, gündəliyə 27 məsələ daxil edilib.
İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi də dinləniləcək.

Daxili siyasət 2020-04-20 17:28:00