×
A
A
A
Sazlamalar

Kompüter, elektron və optik məhsulların istehsalı 4 dəfəyədək artıb

Bakı, 18 aprel, AZƏRTAC

Birinci rübdə kompüter, elektron və optik məhsulların istehsalı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, üç ayda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 50,5 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 3,9 dəfə artıb.
Hesabat dövründə ötən ilin birinci rübü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 13,2 dəfə, 1000 voltadək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,7 dəfə çoxalıb.

İKT 2020-04-18 17:27:00