×
A
A
A
Sazlamalar

Üç ayda 120 min tondan çox methanol istehsal edilib

Bakı, 17 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Azərbaycanda 34,8 min ton propilen (ondan əmtəəlik 34,7 min ton), 24 min ton polietilen, 42,4 min ton etilen, 120,1 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, üç ayda kimya sənayesində məhsul buraxılışı əvvəlki ilin eyni ayları ilə müqayisədə 25,7 faiz artıb. Aprelin 1-nə 3,1 min ton propilen, 4,2 min ton polietilen və 30,4 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə əsas kimya məhsullarından metanol istehsalı 89,4 faiz, propilen istehsalı 18 faiz, etilen istehsalı isə 16,5 faiz artıb.

Sənaye 2020-04-17 18:21:00