×
A
A
A
Sazlamalar

Rəssam Lalə Hüseynzadə qum üzərində yaratdığı əsərini koronavirus (COVID-19) pandemiyasına həsr edib VİDEO

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən “Evdə qal - qalib gəl!” layihəsinə qoşulan rəssam Lalə Hüseynzadə qum üzərində yaratdığı əsəri koronavirus (COVID-19) pandemiyasına həsr edib.
AZƏRTAC xəbər verir ki, rəssam qum üzərində işlədiyi əsərdə koronavirus pandemiyasının insan vücuduna təsirini, yayılma prosesini göstərməklə yanaşı, tibb işçilərinin fədakarlığını, bu infeksiya ilə mübarizəsini də əks etdirib.
Lalə Hüseynzadə 1992-ci ildə Gədəbəy rayonunda hərbçi ailəsində dünyaya gəlib. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinə qəbul olunub. 2011-2012-ci illərdə “Azad Azərbaycan” telekanalında “Tanıdım səni” adlı layihədə birinci yerə layiq görülüb. O, həmçinin Türkiyənin TV 8 kanalında yayımlanan “Yetenek sizsiniz” verilişinin iştirakçısı olub.

İncəsənət 2020-04-17 09:00:00

Video