×
A
A
A
Sazlamalar

Kimya sənayesi məhsullarının ixracı artıb

Bakı, 15 aprel, AZƏRTAC

Cari ilin birinci rübündə Azərbaycandan 141,9 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 19,8 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2019-cu ilin eyni aylarında ölkədən ixrac olunan 75,4 min ton kimya məhsulunun dəyəri 17,6 milyon dollar təşkil etmişdi.

Sənaye 2020-04-15 15:10:00