® “Azercell”dən sosial izolyasiya tədbirlərinə növbəti töhfə
“Azercell Telekom” MMC “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq istiqamətində fəaliyyətini davam etdirir. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alan “Azercell” abunəçilərinin rahatlığını təmin etmək məqsədilə “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təqdim edir. Artıq “Azercell” abunəçiləri istifadələrində olan nömrənin rəsmi sahibini şirkətin Müştəri xidmətləri ofislərinə yaxınlaşmadan müəyyən edə biləcəklər. Bunun üçün 6800 qısa nömrəsinə boş SMS göndərmək və ya telefonun ekranında *680#yes kombinasiyasını yığmaq kifayətdir. Cavab olaraq abunəçiyə nömrənin rəsmi sahibinə aid müvafiq bilgilər (ad, soyad və ata adı) göndəriləcək. Karantin dövründə “Azercell” abunəçiləri bu xidmətdən təmənnasız yararlana biləcəklər.
Onu qeyd edək ki, “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidməti yalnız fikizi şəxs olan abunəçilər üçün nəzərdə tutulub.
“Azercell” müştərilərini sosial izolyasiya tədbirlərinə riayət etməyə çağırır və onlara möhkəm cansağlığı arzu edir.
Xidmət haqqında ətraflı məlumat üçün:
“https://www.azercell.com/az/personal/campaigns/monthly/number/ ” səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb