×
A
A
A
Sazlamalar

“5G” şəbəkələri üçün yeni texnologiya yaradılıb

Bakı, 9 aprel, AZƏRTAC

“OPPO” şirkəti “Ericsson” və “MediaTek” ilə birgə 5-ci nəsil şəbəkələrində səsli və videozənglərin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş yeni “VoNR” (Voice/Video on New Radio) texnologiyasının yaradıldığını açıqlayıb.
AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, yeni texnologiya səs və görüntünün keyfiyyətini yüksəltməklə yanaşı, həmçinin sürətdə gecikməni azaldır.
“OPPO” şirkətinin vitse-prezidenti Endu Vunun sözlərinə görə, “VoNR” texnologiyasının hazırlanması 5-ci nəsil şəbəkələrinin inkişafı istiqamətində mühüm addım olub. Onların məqsədi istifadəçilər üçün rahat və əlçatan qurğular yaratmaqdır.

Texnologiya 2020-04-09 14:02:00