×
A
A
A
Sazlamalar

Yaponiyada koronavirusa bir gündə rekord yoluxma halı qeydə alınıb

Tokio, 8 aprel, AZƏRTAC

Yaponiyada bir gündə rekord miqdarda COVID-19 koronavirusuna yoluxma halı qeydə alınıb.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, ilk dəfə olaraq bir gündə koronavirusa yoluxanların sayı 400-ü keçib. Bildirilir ki, aprelin 8-də bir gün əvvəl olduğundan 455 nəfər daha çox yoluxan qeydə alınıb.
Yalnız Tokioda həmin gün 144 nəfərin virusa yoluxduğu məlum olub. Yoluxanlardan 95-nin mənbəyini aydınlaşdırmaq mümkün olmayıb.
Beləliklə aprelin 8-də bütün Yaponiya üzrə koronavirusa yoluxanların sayı 5565 nəfərə çatıb. Onlardan 113-nün öldüyü bildirilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2020-04-08 19:49:00