×
A
A
A
Sazlamalar

Lerikdə xüsusi karantin rejiminə ciddi nəzarət olunur

Lerik, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət dağlıq ərazidə yerləşən və sərt iqlimi olan Lerik rayonunda da ciddi şəkildə həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, soyuq və qarlı hava şəraitinə baxmayaraq, hazırda Lerik Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarına riayət olunması məqsədilə tədbirlərini davam etdirirlər.
Sakinlərdən yaşadıqları evləri lüzumsuz yerə tərk etməmək tələb olunur, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyin zəruriliyi çatdırılır.
Xüsusi karantin rejimi çərçivəsində polis əməkdaşları tərəfindən kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələrini idarə edən sürücülər də saxlanılır, barələrində xəbərdarlıq və ya inzibati qaydada tədbirlər görülərək, sakini olduqları kəndlərə yönləndirilirlər. Bu tədbirlərin məhz sakinlərin sağlamlığı naminə görüldüyü bir daha onların diqqətinə çatdırılır.

Regionlar 2020-04-08 18:32:00