×
A
A
A
Sazlamalar

Türkiyənin altı yaşayış məntəqəsində karantin tətbiqi dayandırılıb

İstanbul, 8 aprel, AZƏRTAC

Türkiyənin beş vilayətdəki altı yaşayış məntəqəsində karantin tətbiqi dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bölgələrdə həyata keçirilən karantin tədbirləri mülki idarəçilərin rəhbərliyi altında şəhər və rayon sanitar qurumlarının qərarı ilə COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində tətbiq olunur.
Qeyd edək ki, hazırda ölkənin 45 vilayətinin 156 yaşayış ərazisində karantin müddəti davam edir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-04-08 17:48:00