×
A
A
A
Sazlamalar

Türkiyədə yaşı 65-dən yuxarı olanlara maska və dezinfeksiya vasitələri ödənişsiz paylanılır

İstanbul, 8 aprel, AZƏRTAC

Türkiyədə yeni növ koronavirusa qarşı aparılan qabaqlayıcı tədbirlər çərçivəsində yaşı 65-dən yuxarı olanlara maska və dezinfeksiya vasitələrinin ödənişsiz paylanılmasına başlanılıb. Layihəyə pilot şəhər seçilən İstanbulda start verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya bildirib.
Qeyd edilib ki, tibbi vasitələrin vətəndaşlara paylanılması üçün şəhərin 39 rayonunda yerləşən 125 məktəb binası paylama məntəqəsi olaraq fəaliyyətə başlayıb. Bu vasitələrin vətəndaşlara çatdırılması prosesinə polis, jandarma da daxil olmaqla ümumilikdə 7 min 200 nəfər cəlb olunub.
Bu barədə məlumat verən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkədə hər həftə 10 milyon maska istehsal olunacağını bildirib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2020-04-08 17:39:00