×
A
A
A
Sazlamalar

Əlahiddə Çevik Polis Alayının əməkdaşı: Son günlər vətəndaşlar karantin rejiminə daha ciddi riayət edirlər

Bakı, 8 aprel, AZƏRTAC

Hazırda karantin rejimi ilə bağlı ölkənin hər yerində gücləndirilmiş iş rejimi davam edir. Əvvəlki günlərlə müqayisədə insanlar xüsusi karantin rejimi qaydalarına daha ciddi əməl edirlər. Vətəndaşlar elektron qeydiyyatdan keçir, bəzi vətəndaşlar isə tibbi yardım, ərzaq və dərman almaq üçün yaradılmış şəraitdən və SMS xidmətindən istifadə edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı Rəşad Məmmədov deyib.
O bildirib ki, polis əməkdaşları tərəfindən icazələrin düzgün olub-olmaması xüsusi portal vasitəsilə yoxlanılır. Orada müəyyən edilir ki, həqiqətən də bu icazələr dəqiqdir və bu, portalda öz əksini tapdıqda vətəndaş hərəkətini sərbəst şəkildə davam edir. Ancaq bu icazələrin qanuni olmadığı aşkarlandıqda həmin şəxslər barədə tədbirlər görülür. Ümumiyyətlə, vətəndaşlarımızın az bir hissəsinin bu qaydalara riayət etmədiyi halları ilə rastlaşırıq. Onlara da tərəfimizdən xəbərdarlıq edilir.

Sosial 2020-04-08 17:26:00