×
A
A
A
Sazlamalar

Misirdə yeni növ koronovirusdan ölənlərin sayı 94 nəfərə çatıb

Qahirə, 8 aprel, AZƏRTAC
Misirdə koronavirusdan (COVID-19) ölənlərin sayı 94 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Nazirliyin mətbuat katibi Xalid Meqahed qeyd edib ki, son bir sutkada xəstəlikdən rekord sayda - 9 nəfər dünyasını dəyişib.
X.Meqahed bildirilib ki, aprelin 7-də ölkədə koronavirusa 128 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 1450 nəfərə çatıb. Onun sözlərinə görə, COVID-19 virusuna yeni yoluxanların hamısı Misir vətəndaşlarıdır.
Misir Səhiyyə Nazirliyinin məlumatına görə, son bir sutkada 17 nəfər, o cümlədən bir əcnəbi müalicə olunaraq evə buraxılıb. İndiyədək 276 koronavirus xəstəsi tam sağalıb.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-04-08 16:52:00