×
A
A
A
Sazlamalar

Kişi voleybolçulardan ibarət millimiz reytinq cədvəlində mövqeyini qoruyub

Bakı, 8 aprel, AZƏRTAC
Beynəlxalq Voleybol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, kişi voleybolçulardan ibarət Azərbaycan yığması reytinq cədvəlində mövqeyini qoruyub.
Hesabında 101 reytinq xalı olan milli komandamız 58-ci pillədə qərarlaşıb.
Siyahıya Braziliya voleybolçuları başçılıq edirlər.

İdman 2020-04-08 16:38:00