×
A
A
A
Sazlamalar

Dənizçilər üçün vebinar keçirilib

Bakı, 8 aprel, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün “Müasir iş mədəniyyətinin bir hissəsi olaraq məsafədən işləmək” mövzusunda vebinar (internet vasitəsilə seminar) keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Deloitte Azərbaycan”ın Risklərin idarə edilməsi və hüquq departamentlərinin mütəxəssisləri tərəfindən aparılan vebinarda “Deloitte”nin “Working from home” təcrübəsi, məsafədən işin həyata keçirilməsində texniki həllər, IT risklərlə bağlı tədbirlər, o cümlədən rəqəmsal gigiyena qaydaları və məxfi məlumatların qorunması, sistemə keçidin ilkin dövründə yaşanan problemlər, komanda ilə effektiv ünsiyyətin təmin edilməsi, rəhbərlərin yeni rejimə keçid zamanı qarşılaşdığı çətinliklər, onlayn iclasların və görüşlərin təşkili, vaxtın idarə edilməsi: işlərin günlük və həftəlik əsasda planlanması, evdə iş şəraitinin qurulmasına dair tövsiyələr verilib.

İqtisadiyyat 2020-04-08 16:35:00