×
A
A
A
Sazlamalar

Martda Gömrük Komitəsi büdcəyə 327,7 milyon manat köçürüb

Bakı, 8 aprel, AZƏRTAC
Mart ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 327 milyon 717,1 min manat olub.
Komitədən AZƏRTAC-a bildirilib ki, ötən ay gömrük rüsumları üzrə büdcə daxilolmaları 87 milyon 137,8 min manat, əlavə dəyər vergisi üzrə 225 milyon 236,8 min manat, aksizlər üzrə 11 milyon 852,1 min manat, yol vergisi üzrə isə 3 milyon 490,4 min manat təşkil edib.
Birinci rübdə isə komitənin dövlət büdcəsinə daxilolmaları 991 milyon 23,4 min manat olub.

İqtisadiyyat 2020-04-08 16:01:00