×
A
A
A
Sazlamalar

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 534-ə çatıb, 3 nəfər həyatını itirib

Daşkənd, 8 aprel, AZƏRTAC
Aprelin 8-nə olan məlumata görə, Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 534-ə çatıb.
AZƏRTAC Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, karantində olanların hesabına koronavirusa daha 30 nəfər yoluxub.
İndiyədək Özbəkistanda bu virusdan 30 nəfər sağalıb, 3 nəfər isə həyatını itirib.
Hazırda ölkədə stasionar və ev şəraitində karantində 100 mindən çox adam var.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2020-04-08 15:40:00