×
A
A
A
Sazlamalar

Moldovada son sutka ərzində 2 nəfər koronavirusdan ölüb, 11-nin vəziyyəti ağırdır

Kişineu, 8 aprel, AZƏRTAC

Moldovada son sutka ərzində 2 nəfər koronavirusdan ölüb.
AZƏRTAC Moldova Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölənlər 62 və 71 yaşlı şəxslərdir. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 24 nəfərə çatıb.
Moldovada koronavirusa yoluxanlar 1056 nəfərdir, bunlardan 114-nün vəziyyəti ağır, 328 nəfərin isə orta ağır qiymətləndirilir. Yoluxma faktı ən çox Kişineudadır. Müalicə alaraq evə buraxılan pasiyentlərin sayı isə 43 nəfərdir.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Dünya 2020-04-08 15:02:00