×
A
A
A
Sazlamalar

Rusiyada gün ərzində 1175 nəfərdə koronavirus aşkar edilib

Moskva, 8 aprel, AZƏRTAC

Rusiyada gün ərzində 55 regionda 1175 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində 5 nəfər ölüb. Moskvada xəstələrin sayı 660 nəfər artaraq 5841 nəfər çatıb.
Ümumilikdə Rusiyanın 81 regionunda 8672 COVID-19 xəstəsi qeydə alınıb. İndiyədək 580 nəfər sağalıb, 63 xəstə isə həyatını itirib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya 2020-04-08 14:54:00