×
A
A
A
Sazlamalar

Türkiyə ordusu koronavirusla mübarizəyə dəstək verir

Ankara, 8 aprel, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələri bütün dünyanı sürətlə cənginə alan ölümcül yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə ciddi dəstək verir.
AZƏRTAC xəbər verir ki, Milli Müdafiə Nazirliyinin (MMN) balansında fəaliyyət göstərən otel tipli ordu evləri və qonaq evləri səhiyyə işçilərinin ixtiyarına hazırlanıb. Bundan başqa, MMN digər qurumlarla ortaq layihələr əsasında tibbi maska, spirt tərkibli dezinfeksiya maddələrinin istehsalına başlayıb. Müdafiə naziri Hulusi Akar məlumat verib ki, hazırda qurulan yeni müəssisələr hesabına həftədə 2.5 milyondan çox tibbi qoruyucu maska tədarük edilir.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2020-04-08 14:39:00