×
A
A
A
Sazlamalar

Finlandiya sərhəd nəzarəti tədbirlərinin müddətini mayın 13-dək uzadır

Stokholm, 8 aprel, AZƏRTAC
Finlandiya koronavirus səbəbindən sərhəd nəzarəti tədbirlərinin müddətini mayın 13-dək uzadır.
AZƏRTAC Finlandiya hökuməti dəftərxanasının yaydığı bəyanata istinadla xəbər verir ki, ölkənin hakimiyyət orqanları sərhəd nəzarətini sərtləşdirib. Ölkəyə giriş-çıxışı məhdudlaşdırmaq siyasəti davam etdirilərək bu müddət mayın 13-dək uzadılıb.
Finlandiya hökumətinin xüsusi bəyanatında deyilir: "Bundan məqsəd İsveç və Norveç sərhədləri vasitəsilə hərəkəti daha da azaltmaqdır". Bütün bunlarla yanaşı, hakimiyyət orqanları, həmçinin nəqliyyat şirkətlərinə məhdudiyyət götürülməyənədək Finlandiyaya İsveç, Estoniya və Almaniyadan sərnişin biletlərinin satışını dayandırmağı məsləhət görüb. Son məlumatlara görə, Finlandiyada COVID-19 infeksiyasına 2176 yoluxma halı qeydə alınıb, 27 nəfər üçün isə bu xəstəlik ölümlə nəticələnib. Sərhəd nəzarəti tədbirləri ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasından ötrü mart ayında tətbiq edilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2020-04-08 14:37:00