×
A
A
A
Sazlamalar

Almaniya xəstəxana çarpayı-yerlərinin vahid reyestrini yaradıb

Berlin, 8 aprel, AZƏRTAC
Almaniyanın Səhiyyə Nazirliyi xəstəxanaların reanimasiya palatalarında və adi şöbələrində çarpayıların onlayn-reyestrinin yaradılmasını elan edib.
AZƏRTAC xəbər verir ki, bu tədbirin məqsədi xəstəxanaya yatırılmaya ehtiyacı olan pasiyentləri hansı klinikalarda və hansı sayda sərbəst çarpayıların olması barədə fasiləsiz və ən son məlumatla təmin etməkdir.
Məlumatların toplanması davam edir. AFR Səhiyyə Nazirliyinin press-relizində bildirilir: "Əgər bütün xəstəxanalar şəffaf işləyərsə, o zaman koronavirus pandemiyasının öhdəsindən qısa müddətdə gəlmək mümkün olar".
Nazirliyin məlumatına əsasən, 1160 klinikadan 1119-u barədə məlumatlar artıq vahid onlayn-reyestrə yerləşdirilib.

 

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2020-04-08 13:06:00