×
A
A
A
Sazlamalar

Talış dağlarına qar yağıb

Yardımlı, 8 aprel, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar aprelin 6-da axşam saatlarından başlayaraq Talış dağlarında qarla müşayiət olunub.
Yardımlı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.
Yağan qar əhalinin elektrik enerjisi ilə təminatında, yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaratmayıb.
Qeyd edək ki, Talış dağlarının ərazisində yerləşən Lerik, Astara və Lənkərana da qar yağıb. Hazırda cənub bölgəsinin ucqar dağlıq ərazilərində qarın yağması davam edir.

 

Regionlar 2020-04-08 13:00:00