×
A
A
A
Sazlamalar

Gürcüstanda koronavirusa yoluxanların sayı 200 nəfəri keçib

Tbilisi, 8 aprel, AZƏRTAC

Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 200 nəfəri keçib.
Hazırda ölkədə koronavirusa yoluxanların sayı 208 nəfər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin stopcov.ge saytı məlumat yayıb.
Bildirilir ki, hazırda ölkədə 4674 nəfər karantində, 362 nəfər stasionar nəzarətdədir.
Gürcüstanda koronavirusdan 46 nəfər müalicə olunub, 3 nəfər ölüb.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2020-04-08 12:51:00