×
A
A
A
Sazlamalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yığıncağı təxirə salınıb

Bakı, 8 aprel, AZƏRTAC

Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən biri də kütləvi tədbirlərin təxirə salınmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibinin müəyyən edilməsi məqsədilə şuraya üzvlərin seçilməsi üçün aprelin 17-də nəzərdə tutulan birgə yığıncağın keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.
Birgə yığıncağın tarixi və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.

Sosial 2020-04-08 12:11:00