×
A
A
A
Sazlamalar

COVID-19 ilə mübarizə şəraitində işsizlərə sığorta ödənişinin müddəti artırıldı

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” qərar imzalayıb.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta
ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Cəmiyyət 2020-04-07 22:29:00