×
A
A
A
Sazlamalar

Formula 1 Azərbaycan Qran-Prisi oktyabrda keçirilə bilər

Bakı, 7 aprel, AZƏRTAC

Formula 1 təşkilatçıları maddi itkini minimuma endirmək üçün təqvimdəki yarış sayını artırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri niderlandlı jurnalist Ulav Mol deyib. O, bildirib ki, hazırda Formula 1 təşkilatçıları ilkin versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim hazırlayır və maksimum sayda yarış keçirməyi planlaşdırır.
Yeni təqvimdə 17 yarışın baş tutacağı göstərilib. Avstraliya, Monako, Vyetnam, Kanada və Sinqapur Qran-prilərinin adlarına rast gəlinməyib. Azərbaycan Qran-Prisi isə oktyabrın 9-11-nə salınıb.

İdman 2020-04-07 22:15:00