×
A
A
A
Sazlamalar

Yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadıldı

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması barədə qərar imzalayıb. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılır.

Cəmiyyət 2020-04-07 22:05:00