×
A
A
A
Sazlamalar

Sahil Babayev: Karantin rejiminə nə qədər ciddi yanaşsaq, o qədər tez müsbət nəticə əldə etmək mümkün olacaq

Bakı, 7 aprel, AZƏRTAC
Bütün dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycanda bir sıra məhdudiyyətlərə səbəb olub. Bununla bağlı çoxsaylı addımlar atılır. Təəssüf ki, yoluxma sürətlə davam edir. Pandemiya hər birimizin həyatına təsir edib. Mənfi təsirlərin aradan qaldırılması üçün dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən addımlar atılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də keçirdiyi mətbuat konfransında deyib.
Nazir hər bir vətəndaşın xüsusi karantin rejiminə əməl etməsinin vacibliyini bildirib. “Karantin rejiminə nə qədər ciddi yanaşsaq, o qədər tez müsbət nəticə əldə etmək mümkün olacaq. Əks halda, virusun yayılma sürəti azalmaya bilər ki, bu da karantin rejiminin uzanmasına səbəb olacaq. Bunun da mənfi təsirləri kifayət qədər çox olacaq”, - deyə Sahil Babayev qeyd edib.

Sosial 2020-04-07 18:53:00