×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs polis əməkdaşları tərəfindən tutulub

Bakı, 7 aprel, AZƏRTAC 

Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər sakini S.Əsgərzadənin içərisində 965 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pulqabısını cibindən oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini R.Şikarov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

 

Hadisə 2020-04-07 17:54:00