×
A
A
A
Sazlamalar

Piyadanı vurub hadisə yerindən qaçan avtobus sürücüsü saxlanılıb

Bakı, 7 aprel, AZƏRTAC 

Aprelin 6-da saat 20 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində yolu keçən Bakı şəhər sakini G.Eminova naməlum avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmış “İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2020-04-07 17:40:00