×
A
A
A
Sazlamalar

Bərdədə xüsusi karantin rejimini pozan 56 nəfərə protokol tərtib edilib

Bakı, 7 aprel, AZƏRTAC 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində rayonların giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 56 nəfərə protokol tərtib edilib, protokollardan 9 nəfəri obyekt sahibi olan şəxslərə tətbiq olunub, 5 nəfər inzibati qaydada həbs edilib və 189 nəfərə isə xəbərdarlıq edilib.
Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Sosial 2020-04-07 17:25:00