×
A
A
A
Sazlamalar

Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 7 aprel, AZƏRTAC 

Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əlihüseyn Vəliyev idarə etdiyi “VAZ-21144” markalı avtomobili yolun kənarındakı yerüstü piyada keçidinin beton dirəyinə vurub. Nəticədə sürücü və avtomobildə olan sərnişinlərdən paytaxt sakini Əli Abasquluzadə hadisə yerində ölüb, xəsarət almış digər sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2020-04-07 17:13:00