×
A
A
A
Sazlamalar

Çox sevinirəm ki, dövlətimizin başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi

Bakı, 7 aprel, AZƏRTAC 

Cəzamın çəkilməmiş hissəsindən azad edildiyim üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, dövlətimizin başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində dövlətimizin başçısının əfv Sərəncamı ilə Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azad edilən Telbəin Salmanova söyləyib.
O deyib: “Əfv siyahısında adımın olduğunu eşidəndə çox sevindim. On bir il həbs cəzası almışdım. Onun 7 ilindən çoxunu çəkmişəm. Prezidentimiz cəzamın qalan hissəsini bağışladı. Buna görə sevincimin həddi-hüdudu yoxdur”.

Sosial 2020-04-07 16:51:00