×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidməti ölkəmizdə olan, yaşayan əcnəbilər üçün videotəlimat hazırlayıb

Bakı, 7 aprel, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə yaşayış yerini tərk edərkən icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-lə göndərməli olan müvafiq sənəd nömrəsini rahat əldə edə bilmələri üçün videotəlimat hazırlanıb.
DMX-dən AZƏRTAC-a bildirilib ki, əcnəbilər videotəlimatla tanış olduqdan sonra sənəd nömrələrini daha rahat əldə edə biləcəklər.
Aşağıdakı linklərdə videotəlimat Azərbaycan, rus (titrlərlə) və ingilis (titrlərlə) variantlarında yerləşdirilib.
1. Azərbaycan dilində: https://youtu.be/VX8z7K8b7zA
2. Rus dili titrləri ilə : https://youtu.be/dvwyzCxmDt0
3. İngilis dili titrləri ilə: https://youtu.be/IQXN1NK8qmU
Suallar yaranacağı halda 24 saat fasiləsiz fəaliyyət göstərən (012) 919 - Çağrı mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

Sosial 2020-04-07 15:56:00