×
A
A
A
Sazlamalar

Rusiyada koronavirusdan müalicə üçün üç dərmanın sınaqlarına başlanılıb

Moskva, 7 aprel, AZƏRTAC

Rusiyada koronavirusdan müalicə üçün üç adda dərmanın sınaqlarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Rusiyada “Mefloxin”, “Hidroksixlorxin” və “Kolidavir” dərmanlarının koronavirusun müalicəsi üçün sınaqdan keçirilməsinə başlanılıb. Bu barədə Rusiya Federal Tibbi-Biologiya Agentliyi məlumat yayıb. Sınaqlar yazılı icazəsi alınmış COVID-19 infeksiyasına yoluxan xəstələrin üzərində aparılacaq.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Səhiyyə 2020-04-07 15:44:00