×
A
A
A
Sazlamalar

Bu əfv Sərəncamı Azərbaycan Prezidentinin vətəndaşlarımıza yüksək diqqət və qayğı göstərməsinin daha bir sübutudur

Bakı, 7 aprel, AZƏRTAC 

Prezident İlham Əliyev dünən imzaladığı əfv Sərəncamı ilə hər bir vətəndaşımıza, o cümlədən yaşlı nəslin nümayəndələrinə daim diqqət və qayğı ilə yanaşdığını bir daha göstərdi.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindən azad edilən Tofiq Bağırov söyləyib.
Əfvin humanizm aktı, koronavirus infeksiyasının yayıldığı hazırkı şəraitdə yaşlı insanlara diqqət və qayğının təzahürü olduğunu vurğulayan Tofiq Bağırov deyib: “Cəzamın çəkilməmiş hissəsindən azad edildiyim üçün çox sevincliyəm. Yaşıma görə və xüsusi qayğıya ehtiyacım olduğu üçün bu Sərəncam mənə də şamil edildi. Bu sevinci mənə də bəxş etdiyi üçün Prezident İlham Əliyevə minnətdaram. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin humanizm ənənələrini davam etdirir. Allah onu qorusun. Prezidentimiz bu humanist addımı ilə bizə daha bir şans verdi. Biz bundan sonra xalqımıza, dövlətimizə layiqli vətəndaş olmağa çalışacağıq”.

Sosial 2020-04-07 14:59:00