×
A
A
A
Sazlamalar

“Edigey Batır dastanı” kitabı çapdan çıxıb

Bakı, 7 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan və türk folklorunun araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov, Qazaxıstandan Bekejan Ahan, Türkiyədən Durmuş Ali Arslanın həmmüəllifi olduqları “Edigey Batır dastanı” kitabı çapdan çıxıb.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitab Türkiyənin “Paradigma Akademi” nəşriyyatı tərəfindən qazax, Türkiyə türkcəsi və ingilis dillərində nəşr olunub.

Elm və təhsil 2020-04-07 12:38:00