UNEC-in Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə yardımı 190 min manatadək artıb
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə yardımını davam etdirir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, hazırda UNEC tərəfindən Fonda həm hüquqi, həm də fiziki şəxslərdən ümumilikdə 184 min 628 manat vəsait ödənilib.
Bu vəsaitin 31 min 628 manatı UNEC əməkdaşları tərəfindən fiziki şəxs olaraq ödənilib. UNEC hüquqi şəxs olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat ianə edib. Eləcə də UNEC Müəllim Həmkarlar İttifaqı 2000 manat, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi isə fonda 1000 manat ödəyib.
UNEC-də əməkdaşlar tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə yardımı davam etdirilir.
“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb
Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib