×
A
A
A
Sazlamalar

Neftçalada “Baş Mil-Muğan” kollektorunda batan ata və oğulun cəsədi tapılıb

Bakı, 6 aprel, AZƏRTAC
Neftçala rayonunun Astanlı kəndində, “Baş Mil-Muğan” kollektorunda batdığı ehtimal olunan 1989-cu il təvəllüdlü Əsgərov Nurlan Aslan oğlu və 2015-ci il təvəllüdlü Əsgərov Aslan Nurlan oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə 2020-04-06 21:28:00