×
A
A
A
Sazlamalar

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı sərtləşdirilən karantin rejiminə əməl etməyə çağırır

Kiyev, 6 aprel, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə olan soydaşlarımıza müraciət edib. AZƏRTAC xəbər verir ki, səfirlik soydaşlarımızı Ukraynada koronavirusla bağlı sərtləşdirilən karantin rejiminə əməl etməyə çağırır.
“Nəzərinizə çatdırırıq ki, bu gündən etibarən Ukraynada hökumət tərəfindən karantin rejimi sərtləşdirilir. Şəhərdə iki nəfərdən artıq birlikdə küçəyə çıxanlar, pasportsuz, maskasız gəzənlər inzibati qaydada cəzalandırılacaqlar. Sərtləşdirilmiş karantin müddəti aprelin 24-dək davam edəcək”, - deyə müraciətdə qeyd edilir.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Cəmiyyət 2020-04-06 19:28:00