×
A
A
A
Sazlamalar

“Vəlioğlu-2018” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycanda gigiyena məhsulları və uşaq bezləri sektorunun aparıcı şirkətlərindən olan “Vəlioğlu-2018” MMC Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 10 min manat köçürüb.

Koronavirusla bağlı dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədilə şirkət, eyni zamanda, koronavirusla mübarizə çərçivəsində bütün məhsul anbarlarını, ofis otaqlarını, nəqliyyat vasitələrini müntəzəm olaraq dezinfeksiya edərək işçilərini xüsusi geyim forması, maska və əlcəklə təmin edir. Şirkət əhalinin bu sahədə mövcud təminatını nəzərə alaraq məhsul ehtiyatını artırmaq üçün gücləndirilmiş iş rejimində çalışır.
“Vəlioğlu-2018” MMC Türkiyənin Məşhur “Predo” brendinin rəsmi distribüteridir. Şirkət ölkəmizə “Predo” brendinin uşaq bezlərinin, yaşlı və ahıllar üçün bezlərin, nəm salfetlərin, “Predox” yuyucu tozlarının idxalını və paylanmasını həyata keçirir.
Bununla da, şirkət Prezident İlham Əliyevin tövsiyələrini əsas tutaraq hər kəsi sosial həmrəylik nümayiş etdirməyə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərə qoşulmağa çağırır.

İqtisadiyyat 2020-04-06 15:51:00