×
A
A
A
Sazlamalar

Builki “Caspian Oil and Gas” sərgi-konfransı və “Caspian Power” sərgisi təxirə salınıb

Bakı, 6 aprel, AZƏRTAC

Cari ildə Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil and Gas”) sərgi-konfransının, eləcə də Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power”) sərgisinin vaxtı dəyişdirilib.
“Caspian Event Organisers” (CEO) şirkətindən AZƏRTAC-a bildirilib ki, dünyada COVID-19 virusunun yayılması ilə əlaqədar şirkət “Caspian Oil and Gas” və “Caspian Power” sərgilərinin gələn il iyunun 1-3-də, “Caspian Oil & Gas Conference”nin isə 2021-ci il iyunun 2-3-də təşkil olunmasını qərarlaşdırıb.

Neft - qaz 2020-04-06 15:34:00