×
A
A
A
Sazlamalar

Bakıda keçirilməsi planlaşdırılan bəzi sərgilərin vaxtı dəyişdirilib

Bakı, 6 aprel, AZƏRTAC

Bu il Bakıda keçirilməsi nəzərdə tutulan bəzi sərgilərin vaxtı dəyişdirilib.
“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, dünyada COVID-19 virusunun yayılması ilə əlaqədar şirkət bir sıra sərginin keçirilmə tarixini dəyişib. Belə ki, “Caspian Agro”, “InterFood Azerbaijan”, “Ipack Caspian”, “HOREX Caucasus” sərgiləri bu il noyabrın 18-20-də, “AITF” 2021-ci il aprelin 8-10-da, “TransLogistica Caspian”, “Road & Traffic” sərgiləri isə gələn il aprelin 28-30-da keçiriləcək.

Sərgilər 2020-04-06 14:59:00