×
A
A
A
Sazlamalar

Yol polisi xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri icra edir

Bakı, 6 aprel, AZƏRTAC 

Yol polisi əməkdaşları ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, keçirilən tədbirlər çərçivəsində Yol Patrul Xidməti əməkdaşları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri ciddi yoxlanılır.
Xüsusi rejimlə əlaqədar sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış yerlərini tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər.

Sosial 2020-04-06 14:03:00