×
A
A
A
Sazlamalar

Azərbaycanlı gənc koronavirusla bağlı beynəlxalq işçi qrupda təmsil olunacaq

Bakı, 6 aprel, AZƏRTAC

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı COVID-19 Gənclərin Beynəlxalq İşçi Qrupunda (COVID-19 Youth Task Force) təmsil olunacaq.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, gənc fəal beynəlxalq işçi qrupun Azərbaycan nümayəndəsi təyin edilib. F.Şahbazlı qeyd edib ki, mərkəzi qərargahı İslamabad şəhərində yerləşən təşkilat koronavirus pandemiyası ilə mübarizədə gənclərin beynəlxalq əməkdaşlığını hədəfləyir. Bu beynəlxalq təşkilat koronavirusla mübarizədə müxtəlif sahələrdə fərqlənən gənclərin birgə əməkdaşlığını ehtiva edir və hazırda Asiya, Avropa, Afrika, Karib dənizi, Balkan regionu, ABŞ və Çin daxil olmaqla dünyanın 20-dən çox ölkəsindən gənc liderləri ətrafında birləşdirir.
“COVID-19 Youth Task Force” müxtəlif ölkələrin dövlət qurumları, QHT, KİV və digər əlaqədar təşkilatlar ilə yaxından əməkdaşlıq edəcək. Bu təşkilat Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının məqsədlərini dəstəkləyir.

Sosial 2020-04-06 13:51:00