×
A
A
A
Sazlamalar

Havanın temperaturu enəcək, yağış, qar yağacaq

Bakı, 6 aprel, AZƏRTAC 

Azərbaycanda aprelin 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadası və Bakıda gecə 6-8°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, dağlıq ərazilərdə 0-2° şaxta, gündüz 10-15° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-5° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 6-10° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində arabir yağış, ayrı-ayrı ərazilərində qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-6°, gündüz 6-9° isti, dağlarda gecə 3-7°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 7-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 6-9° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı ehtimalı var.

Ekologiya 2020-04-06 13:41:00