×
A
A
A
Sazlamalar

Bakı şəhər sakininə qarşı quldurluq edən şəxslər tutulublar

Bakı, 6 aprel, AZƏRTAC 

Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində “VAZ-21015” markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb getdiklərini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2020-04-06 13:23:00